“Real” müdafiəçisi ilə yeni müqavilə imzalayıb

“Real” müdafiəçisi ilə yeni müqavilə imzalayıb
# 29 iyul 2021 12:38 (UTC +04:00)

“Real”ın müdafiəçisi Dani Karvahalın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “kral klubu”nu tərk etməyəcək.

İspaniya millisinin üzvü bir neçə təklif almasına baxmayaraq, La Liqa təmsilçisi ilə müqavilə müddətini yeniləməyi üstün tutub. Tərəflər sözləşmənin 2024-cü ilin yayına qədər uzadılması yönündə anlaşıblar. Madrid klubu bu gün və ya sabah yeni müqavilə xəbərini rəsmən açıqlayacaq.

Qeyd edək ki, 29 yaşlı sağ cinah oyunçusu ötən mövsüm La Liqada 13 oyun keçirib, 2 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR