“Real”ın baş məşqçisi bəlli olub

“Real”ın baş məşqçisi bəlli olub
# 01 iyun 2021 14:32 (UTC +04:00)

“Real”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə “Marca” nəşri çıxış edib.

“Kral klubu”na yaxınlığı ilə bilinən qəzet Karlo Ançelottinin bu posta təyin olunacağını vurğulayıb. Bildirilir ki, 62 yaşlı italiyalı mütəxəssislə hərtərəfli razılıq əldə olunub. O, 2013-2015-ci illərdə madridlilərə rəhbərlik edib.

Qeyd edək ki, “Real” geridə qalan mövsümdə titul qazanmadığından, baş məşqçi Zinəddin Zidan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR