Roberto Bordin: “Azərbaycan özünü son vaxtlar yaxşı göstərən komandadır”

Roberto Bordin: “Azərbaycan özünü son vaxtlar yaxşı göstərən komandadır”
# 05 iyun 2021 15:16 (UTC +04:00)

“Sabah vacib oyun olacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin baş məşqçisi Roberto Bordin deyib.

“Neftçi”nin sabiq çalışdırıcısı Azərbaycanla oyun ərəfəsində mətbuat konfransında fikirlərini açıqlayıb: “Rəqib özünü son vaxtlar yaxşı göstərən komandadır. Mən bu komandanı və bu oyunçuları tanıyıram. Onları Azərbaycanda çalışdırmışam. Məşqçiləri də yaxşı, zəngin təcrübəyə malik çalışdırıcıdır. Biz isə Türkiyə ilə oyundakı müsbət hərəkət vektorunu davam etdirməliyik. Fikrimcə, AVRO-2020-yə hazırlaşan rəqiblə görüşdəki oyunumuz müsbət qiymətləndirilməlidir. Azərbaycanla görüş çətin olacaq. Amma yolumuza davam etmək üçün çalışmalıyıq”.

Bordin Türkiyəyə 0:2 hesabı ilə uduzan komandadan razı qalıb: “Azərbaycanla oyun öncəsi İqor Armaş bizə qoşulub. O, Rumıniyada pley-off matçından sonra bura gəlib. Sabahkı qarşılaşmaya hazır olacaq. Türkiyəyə qarşı oynayanlardan razı qalmışam. 0:2 yaxşı nəticə deyil. Amma biz güclü komandaya qarşı oynadıq. Daha yaxşı da oynamaq olardı. Amma bu futbolçuları tərifləmək lazımdır. Armaş da sabah bizə kömək edə bilər”.

İtaliyalı mütəxəssis sabahkı oyun öncəsi millimizdən də danışıb: “Rəqibi öyrənmək üçün vaxtımız olub. Bu komanda indi pis oynamır. Orda mənə tanış olan yaxşı texnikalı futbolçular var. Fiziki baxımdan da onlarda hər şey qaydasındadır. Bu yaxınlarda Portuqaliya, Qətər, Türkiyə ilə oynayıblar. Pis yığma deyil. Bu gün bizim son məşqimizdir. Hələ taktika baxımından bəzi məqamları öyrənib, yekun qərar verməliyik. Məşqdən sonra start heyəti və taktikanı müəyyənləşdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR