Roberto Bordin: "Bu gün istəyimizə çatdıq"

Roberto Bordin

© APA | Roberto Bordin

# 06 iyun 2021 22:30 (UTC +04:00)

“Oyun çox gərgin keçdi. Bəzən Moldova, bəzən Azərbaycan matça nəzarət etdi”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis komandasının Kişinyovda 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında sabiq komandası “Neftçi”nin Azərbaycan Premyer Liqasının qalibi olmasına da münasibət bildirib: “Bu gün istəyimizə çatdıq. Vaxtilə “Neftçi”nin heyətində rəhbərliyim altında oynayan azərbaycanlı futbolçular bu gün meydanda idilər. Yeri gəlmişkən, sabiq komandam “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Onların bu uğuruna çox sevindim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR