Romelu Lukakunun “Çelsi”yə keçidi rəsmiləşib

Romelu Lukakunun “Çelsi”yə keçidi rəsmiləşib
# 12 avqust 2021 21:09 (UTC +04:00)

“İnter”in hücumçusu Romelu Lukakunun “Çelsi”yə transferi, nəhayət ki, baş tutub.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi bunu rəsmi tvitter səhifəsi vasitəsilə elan edib.

Belçikalı forvard “Evinə xoş gəldin” yazılı videoroliklə təqdim edilib. Onunla 5 illik müqavilə imzalanıb. Transferin londonlulara 115 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə də “Çelsi”nin formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR