Ronaldo hesabı açsa da, "Mançester Yunayted" "Yanq Boyz" qarşısında aciz qalıb

Ronaldo hesabı açsa da, "Mançester Yunayted" "Yanq Boyz" qarşısında aciz qalıb
# 15 sentyabr 2021 01:41 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsi oyununda İsveçrənin “Yanq Boyz” komandası ilə qarşılaşıb. Matç ikincilərin 1:2 hesablı qələbəsi ilə başa çatıb.

APA xəbər verir ki, görüşdə hesab 13-cü dəqiqədə açılıb. Bruno Fernandeşdən ötürmə alan Kriştianu Ronaldo komandasını sevindirib.

Ancaq görüşün 35-ci dəqiqəsindən ingilislər azlıqda oynayıblar. Müdafiəçi Aaron Van-Bissaka meydandan kənarlaşdırılıb.

Matçın 66-cı dəqiqəsində İsveçrə yığmasının futbolçusu Mumi Nqamalyo cavab qolunu vurub. İkinci hissəyə əlavə olunan vaxtda Teozon-Jordan Sibaço effektiv zərbəsi ilə “Yanq Boyz”a qələbə qazandırıb.

Çempionlar Liqası 2021/22

F. qrupu 1 -ci tur

"Yanq Boyz" - "Mançester Yunayted" - 2:1

Qollar: 0:1 - Kriştianu Ronaldo (13), 1:1 - Mumi Nqamalyo (66), 2:1 - Teozon-Jordan Sibaço (90 + 5).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR