Ronaldonun “Mançester Yunayted”dəki maaşı açıqlanıb

Ronaldonun “Mançester Yunayted”dəki maaşı açıqlanıb
# 28 avqust 2021 11:36 (UTC +04:00)

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki maaşı bəlli olub.

Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq.

Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun “Yuventus”dakı qazancından 2 milyon azdır.

Qeyd edək ki, Kriştiano 2003-09-cu illərdə də Mançester təmsilçisində oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR