Rövnəq Abdullayev: "Qarabağ"ın qrupa düşməsi böyük müvəffəqiyyətdir"

Rövnəq Abdullayev: "Qarabağ"ın qrupa düşməsi böyük müvəffəqiyyətdir"
# 27 avqust 2021 13:28 (UTC +04:00)

“UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Qarabağ” klubunu təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Assosiasiyanın rəsmi saytına açıqlama verən qurum başçısı “Qarabağ”ı Konfrans Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib: “Artıq 8-ci mövsümdür ki, “Qarabağ” ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır. 6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək UEFA Avropa Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ” Futbol Klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR