Rövnəq Abdullayev TFF prezidenti ilə görüşüb

Rövnəq Abdullayev TFF prezidenti ilə görüşüb
# 16 iyun 2021 15:22 (UTC +04:00)

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

R.Abdullayev AVRO-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. N.Özdemir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR