Rusiyada oyundan sonra hakimləri döyən futbolçular ağır cəzalandırılıb

Rusiyada oyundan sonra hakimləri döyən futbolçular ağır cəzalandırılıb
# 29 sentyabr 2021 12:37 (UTC +04:00)


Rusiyada həvəskarlar çempionatının (III divizion) “Anquşt” – “Energetik” (2:1) oyununda dava-dalaş düşüb.

Apasport.az saytının məlumatına görə, hadisə 88-ci dəqiqədə birincilərin qapısına penalti təyin olunması ilə başlayıb.

Həmin an hakimi söyən Bekhan Əliyev qırmızı vərəqə alıb. O, meydanı tərk edərkən yan xətt hakimini vurmağa cəhd edib. Qarşılaşmanın ardından isə “Anquşt”un futbolçuları baş hakim Sergey Smirnov və köməkçisi Vitali Naumovu mühasirəyə alaraq, onları döyüblər. Yalnız polislərin müdaxiləsindən sonra referiləri oyunçuların əlindən qurtarmaq mümkün olub.

Ara sakitləşdikdən sonra bu dəfə də iki komanda oyunçuları əlbəyaxa olublar. Nizam-İntizam Komitəsi davada iştirak edən futbolçuları ağır cəzaya məruz qoyub. Bekhan Əliyev 2 il, Maqomed Balayevlə Ruslan Zyazikov isə 1 illik futboldan uzaqlaşdırılıb.

“Anquşt”un daha bir oyunçusu, həmçinin “Energetik”in iki üzvü isə qarşıdakı 6 oyunu buraxmalı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR