Samet Aybaba tezliklə Azərbaycan millisi ilə müqavilə imzalayacaq

Samet Aybaba tezliklə Azərbaycan millisi ilə müqavilə imzalayacaq
# 15 noyabr 2021 09:48 (UTC +04:00)

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd sayılan Samet Aybaba AFFA-nın təklifini təsdiqləyib.

Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatına təcrübəli mütəxəssis özü məlumat verib.

Star.com.tr saytının yaydığı xəbərdə Aybaba danışıqların davam etdiyini və son qərarın verilməsinə çox az vaxt qaldığını vurğulayıb. Həmkarlarımız isə 66 yaşlı mütəxəssisin təklifi qəbul etdiyini yazıb.

Məlumatda ilk olaraq Okan Burukla danışıq aparıldığı, lakin onun “yox” cavabı verdiyi vurğulanıb. Buruk gələn ilin yayına qədər çalışmaq istəmədiyini söyləyib. Aybabanın isə tezliklə rəsmi müqaviləyə qol çəkəcəyi iddia olunub.

Qeyd edək ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi Canni de Byazinin AFFA ilə müqavilə müddəti noyabrın sonuna qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR