“Səbail” 3 futbolçusu ilə vidalaşıb

“Səbail” 3 futbolçusu ilə vidalaşıb
# 26 may 2021 12:16 (UTC +04:00)

Premyer Liqada mövsümü son pillədə başa vuran “Səbail” “təmizləmə işləri”nə başlayıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu 3 futbolçusu ilə yollarını ayırıb.

“Səbail”dən ayrılan ilk oyunçuların hər üçü əcnəbi yarımmüdafiəçidir. Bunlar şimali makedoniyalılar Florian Kadriu ilə Milovan Petrovik, gürcüstanlı Luka İmnadzedir. Adıçəkilən futbolçularla başa çatan müqavilə müddəti yenilənməyəcək.

Qeyd edək ki, Florian Kadriu “Səbail”ə mövsümün əvvəlində, Milovan Petroviklə Luka İmnadze qış fasiləsində keçib. Geridə qalan mövsüm Premyer Liqada Kadriu 18, Petrovik və İmnadze 13 matçda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR