“Səbail” futbolçusu “Qəbələ”yə keçib

“Səbail” futbolçusu “Qəbələ”yə keçib
# 18 iyun 2021 15:56 (UTC +04:00)

"Səbail"in futbolçusu Məqsəd İsayev “Qəbələ”yə keçib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi müqavilə müddəti sona çatdığı paytaxt təmsilçisi ilə vidalaşıb.

O, ötən mövsüm “Səbail”də 20 oyun keçirib. Məqsəd “qırmızı-qaralar”la iki illik müqavilə imzalayıb. Daha öncə Urfan Abbasov da “Səbail”dən ayrılaraq “Qəbələ”yə keçib.

Qeyd edək ki, peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub. Məqsəd 2010-17-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyub. O, U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. Müdafiəçi U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR