Şenol Günəş: “Azərbaycanda öz evimizdəki kimiyik”

Şenol Günəş: “Azərbaycanda öz evimizdəki kimiyik”
# 15 iyun 2021 17:59 (UTC +04:00)

“Azərbaycan xalqına bizi isti qarşılamaya görə təşəkkür edirik. Öz evimizdəki kimiyik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransı təşkil edib.

Günəş sabahkı qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: “Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR