İstanbulun “Beşiktaş” komandasının baş məşqçisi Sərgən Yalçın istefa verəcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
S. Yalçın bu gün “Beşiktaş” klubunun prezidenti Əhməd Nur Çebi ilə görüşdə istefa barədə ərizəsini təqdim edəcək.
Ancaq istefası qəbul edilməyəcəyi təqdirdə S. Yalçın müqaviləyə uyğun olaraq vəzifəsini davam etdirəcək.
Qeyd edək ki, ötən mövsüm “Beşiktaş” S. Yalçının rəhbərliyi altında Türkiyə Superliqasının çempionu olub. Ancaq bu mövsüm komanda uğursuz çıxışı ilə diqqət çəkir.
Sərgən Yalçın “Beşiktaş”ın baş məşqçisi postundan istefa verəcək
© APA | Sərgən Yalçın
28 noyabr 2021 14:20 (UTC +04:00)
Futbol
"Qalatasaray" beş futbolçusu ilə müqaviləni yeniləyib
18:15
19 aprel 2024
“Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırıb
03:45
19 aprel 2024
Avropa Liqası: “Bayer” yarımfinalda, “Milan” və “Liverpul” mübarizəni dayandırıb
03:41
19 aprel 2024
ÇL: “Real” qalib gəlib, bütün yarımfinalçılar bəlli olub - YENİLƏNİB
01:47
18 aprel 2024