Şotlandiyada vurulan top Niderlandda tapılıb - FOTO

Şotlandiyada vurulan top Niderlandda tapılıb - FOTO
# 07 dekabr 2021 15:00 (UTC +04:00)

Yaşıl meydanlarda nadir görülən hadisələrdən biri yaşanıb.

Apasport.az saytının məlumatına görə, Şotlandiya həvəskarlar liqası komandalarından “Dandi Atletik”in oyununda futbolçulardan birinin qüvvətli zərbəsi zamanı top stadionu tərk edib.

Maraqlı məqam odur ki, top Tey çayına düşüb və iki həftə sonra tapılıb.

Özü də təxminən 650 km uzaqlıqda Niderlandın Vliland adasında.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR