Stefen Kenni: "Üçüncü qolu daha tez vura bilərdik"

İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni

© APA | İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni

# 09 oktyabr 2021 23:06 (UTC +04:00)

“Qalib gəlməyimiz önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur”.

Apasport.az saytının məlumatına görə, bu sözlər İrlandiya yığmasının baş məşqçisi Stefen Kenniyə məxsusdur.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizin qonağı olan irlandlar 3 cavabsız qolla qalib gələrək, tsikldə ilk qələbəsini qazanıb.

Oyunsonrası mətbuat konfransında Kenni komandasının çıxışını dəyərləndirib: “Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir. Birinci hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci hissədə ağıllı oynadıq. Üçüncü qolu daha tez vura bilərdik, amma sonuncu dəqiqədə gəldi. Əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR