Superliqa UEFA və FİFA-nı məhkəməyə verib

Superliqa UEFA və FİFA-nı məhkəməyə verib
# 31 may 2021 16:32 (UTC +04:00)

Avropa Superliqası FİFA və UEFA-ya qarşı Avropa Ədalət Məhkəməsinə iddia qaldırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumat məhkəmənin tvitter səhifəsində verilib.

Bildirilib ki, Superliqa rəsmiləri rəqabət qanununun pozulduğunu əsas gətirərək, adıçəkilən qurumlardan şikayətçi olub. Bundan əvvəl isə FİFA Şurasının üzvü Evelina Kristillin UEFA-nın “Real”, “Yuventus” və “Barselona”nı Superliqanı təşkil etmək cəhdinə görə avrokuboklardan kənarlaşdıra biləcəyini açıqlamışdı.

Qeyd edək ki, aprelin 19-da fəaliyyətə başlayan Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənmişdi. Lakin tezliklə “Real”, “Yuventus” və “Barselona” istisna olmaqla, digər komandalar yarışdan imtina etmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR