Superliqanın yaradıcıları Çempionlar Liqasına buraxılıb - YENİLƏNİB

Superliqanın yaradıcıları Çempionlar Liqasına buraxılıb - YENİLƏNİB
# 15 iyun 2021 22:06 (UTC +04:00)

Superliqanın yaradıcılarından olan İspaniya klubları “Real” və “Barselona” Çempionlar Liqasının 2021/22 mövsümündə oynayacaq.

Apasport.az saytının məlumatına görə, bununla bağlı UEFA-dan hər iki kluba təsdiq məktubu göndərilib.

Daha öncə eyni məzmunda bildiriş İtaliya “Yuventus”una da ünvanlanıb. Hər üç komandanın Superliqa üzündən cəzalanacağı ehtimal edilsə də, UEFA böyük qalmaqal yaradacaq addımı atmayıb.

***

Saat. 21:08

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında iştirak edə biləcək.

Apasport.az saytının məlumatına görə, UEFA Turin təmsilçisinə bunu təsdiq edən məktub ünvanlayıb.

Bu, o deməkdir ki, “qoca sinyora” 2021/22 mövsümündə qitənin ən nüfuzlu klub turnirində oynaya biləcək. Hərçənd, Superliqanın yaradıcısı olan üç klubun – “Real”, “Barselona” və “Yuventus”un bir mövsümlük cəzalanacağı ilə bağlı ehtimallar var idi.

Qeyd edək ki, UEFA Superliqa ilə bağlı İntizam işini müvəqqəti dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR