Tanınmış futbolçu 29 yaşında karyerasını bitirir

Tanınmış futbolçu 29 yaşında karyerasını bitirir
# 13 noyabr 2021 13:03 (UTC +04:00)

İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşir karyerasını bitirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu 29 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

“Arsenal”ın sabiq oyunçusu artıq məşqçilik barədə fikirləşdiyini deyib: “Təqaüdə çıxmaq barədə düşünməliyəm. Ona görə də indidən məşqçiliklə məşğulam. Buna baxmayaraq, hələ də futbol oynaya biləcəyimə 100 faiz əminəm. Sosial şəbəkələrdə başqalarının nə dediyi, nə yazacağı məni maraqlandırmır. Dürüst insanam. Oynaya bilməyəcəyimi düşünsəm, “Bəsdir, başqa iş görmək vaxtıdır”, deyəcəyəm. Ancaq indi hesab edirəm ki, başqa ölkələrdəki variantlar mənə uyğun ola bilər”.

Qeyd edək ki, Cek Uilşir son olaraq ötən mövsümün sonuna qədər “Bornmut”un formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR