Tomas Bax: “Yalnız bir arqument eşidirik - pul”

Tomas Bax: “Yalnız bir arqument eşidirik - pul”
# 25 noyabr 2021 14:50 (UTC +04:00)

“İndiyədək danışdığım adamlardan heç biri dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı dəqiq layihə olan kağızı görməyib”.

Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.

Qurum başçısı FİFA-nın dünya çempionatlarını iki ildən bir təşkil etmək ideyasına münasibət bildirib: “Hamı üçün aydındır ki, bu, bütün idman növləri üçün ümumi yarışlar təqviminə çox ciddi təsir edəcək. Biz fəaliyyətdə olan oyunçular gördük ki, dünya çempionatının iki ildən bir keçirilməsinin həddən artıq olduğunu, onların sağlamlığı üçün təhlükə yaratdığını deyir. Bu ideyanı dəstəkləyənlərdən isə yalnız bir arqument eşidirik - pul. Planın tərəfdarları çempionatın iki ildən bir keçirilməsinin FİFA-ya iki dəfə çox pul gətirəcəyini düşünürlərsə, səhv edirlər. Gəlirlərin indiki səviyyədə qalacağını düşünmək yanlışdır. Bu baş verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR