Toni Kroos milli karyerasını başa vurub

Toni Kroos milli karyerasını başa vurub
# 30 iyun 2021 11:31 (UTC +04:00)

“Real”ın yarımmüdafiəçisi Toni Kroos milli karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə “Bild” nəşri çıxış edib.

Vurğulanıb ki, Almaniya millisinin lideri bu günlərdə qərarını açıqlayacaq. 31 yaşlı orta sahə oyunçusu Bundestimin AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərəyə məğlubiyyətindən (0:2) sonra belə qərar qəbul edib.

Qeyd edək ki, Toni Kroos 2010-cu ildən formasını geyindiyi Almaniya millisinin heyətində 106 oyuna çıxıb, 17 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR