“Tottenhem” baş məşqçisi ilə vidalaşıb

Nuno Eşpirito Santo

© APA | Nuno Eşpirito Santo

# 01 noyabr 2021 13:53 (UTC +04:00)

“Tottenhem”də gözlənilməz ayrılıq baş verib.

Apasport.az saytının məlumatına görə, London klubu baş məşqçisi Nuno Eşpirito Santo ilə vidalaşıb.

“Tottenhem” portuqaliyalı mütəxəssisin müqavilənin ləğv edildiyini açıqlayıb.

O, komandanın sükanı arxasına bu ilin yayında gətirilmişdi.

Qeyd edək ki, “Tottenhem” 10 turdan sonra Premyer Liqada 15 xalla 8-ci pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR