Türkiyə - Azərbaycan oyununun hakimləri bəlli olub

Türkiyə - Azərbaycan oyununun hakimləri bəlli olub
# 26 may 2021 14:24 (UTC +04:00)

Azərbaycan millisinin Türkiyə ilə oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabah Alanyada keçiriləcək qarşılaşmanı Kosovodan olan hakimlər idarə edəcək.

Matçın baş hakimi Genc Nuza olacaq. Ona Fatlum Berişa və Bujar Selimay yardım edəcək. Dördüncü hakim Visar Kastrati olacaq.

Qeyd edək ki, Alanyadakı Türkiyə - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR