Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinə yeni sədr seçilib

Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinə yeni sədr seçilib
# 27 oktyabr 2021 17:50 (UTC +04:00)

Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, federasiya Ferhat Gündoğdunu bu posta təyin edib.

Eyni zamanda həkim kimi də fəaliyyət göstərən Gündoğdu bu vəzifədə Metin Tokatı əvəzləyib. Yenidən qurulan Mərkəzi Hakimlər Komitəsinin üzvləri isə Yunus Yıldırım, Ahmet Şahin, Sebahattin Şahin, Hakan Sivriservi, Kamil Abitoğlu, Nihat Mızrak, Hikmet Öksüzoğlu və Serdar Çakıroğlu seçilib.

Qeyd edək ki, Metin Tokatın dönəmində Ferhat Gündoğdu komitə üzvü olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR