Türkiyə klubları “Latsio”nun hücumçusunu istəyir

Türkiyə klubları “Latsio”nun hücumçusunu istəyir
# 07 dekabr 2021 17:39 (UTC +04:00)

“Latsio”nun hücumçusu Vedat Muriçi komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ötən il “Fənərbaxça”dan transfer olunan 27 yaşlı forvard komandadakı durumundan məmnun deyil.

Çiro İmmobile ilə rəqabətdə uduzan və gününü ehtiyatda keçirməklə məşğul olan Kosovo millisinin üzvü yenidən Türkiyədə oynamağı nəzərdən keçirir. O, “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”ın maraq dairəsindədir. Romalılar da Muriçi ilə vidalaşmaq, əvəzinə başqa hücumçu transfer etmək niyyətindədir.

Qeyd edək ki, “Latsio” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Vedat Muriçi cari mövsüm 12 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR