Türkiyə Monteneqro ilə oyunda xal itirib

Türkiyə Monteneqro ilə oyunda xal itirib
# 02 sentyabr 2021 00:43 (UTC +04:00)

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi IV turda Monteneqro ilə qarşılaşıb.

G qrupunun lideri olan Şenol Günəşin yetirmələri xal itkisi ilə üzləşib. “Ay-ulduzlular”ın heyətində Çengiz Ündərlə Yusuf Yazıçı ilk 45 dəqiqədə rəqib qapısına yol tapıb. Adam Marusiç fasilə ərəfəsində fərqi minimuma endirib. Balkanlılar Risto Radunoviçin uzatma dəqiqələrindəki qolu ilə məğlubiyyətdən qaçıb. Xal hesabını 8-ə çatdıran Türkiyə millisi qrupun vahid lideridir.

Qeyd edək ki, türkiyəlilər sentyabrın 4-də Cəbəllütariq, 7-də Niderlandla görüşəcək. Hər iki matç səfərdə baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR