Türkiyə pley-offu səfərdə keçirəcək

Türkiyə pley-offu səfərdə keçirəcək
# 17 noyabr 2021 01:41 (UTC +04:00)

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, noyabrın 26-da baş tutacaq püşkatmada komandalar iki səbətə bölünəcək.

10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmiş səbətinə düşüb. Bu, yığmaların 6-cı yer sahibləri ilə nəticələri hesablanmamaqla əldə olunan göstəricilərə əsasən müəyyənləşib.

Digər 4 qrup ikincisi isə səpələnməyib. Millətlər Liqasının qrup qalibi kimi vəsiqə qazanan iki komanda da bu səbətə daxil edilib.

Qardaş Türkiyə millisi də səpələnməyib. Bu üzdən Ştefan Kuntsun yetirmələrini səfərdə çətin sınaq gözləyir.

Qeyd edək ki, 3 “dörlüy”ə bölünəcək komandalar gələn il martın 24-25-də yarımfinal, 28-29-da final matçlarını keçirəcək. Yarımfinal görüşləri səpələnmiş komandaların meydanında baş tutacaq. Finalın meydan sahibləri püşkatmada bəlli olacaq.

Səpələnmişlər
Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels

Səpələnməmişlər
Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR