Tyerri Anri Belçika millisindən ayrılıb

Tyerri Anri Belçika millisindən ayrılıb
# 06 iyul 2021 09:41 (UTC +04:00)

AVRO-2020-də mübarizəni 1/4 finalda dayandıran Belçika millisinin məşqçilər korpusunda dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, fransalı Tyerri Anri yığmadan ayrılıb.

O, baş məşqçi Roberto Martinesin assistenti vəzifəsini tərk edib. Bu ilin mayında Belçika millisində çalışmağa başlayan Anri buradakı bütün qazancını xeyriyyəçiliyə xərcləyəcək.

Qeyd edək ki, Anri 2016-18-ci illərdə də Belçika yığmasında köməkçi məşqçi vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR