UEFA: Azarkeşlərin avrokubok oyunlarına buraxılması ilə bağlı qadağa aradan qaldırıla bilər

UEFA: Azarkeşlərin avrokubok oyunlarına buraxılması ilə bağlı qadağa aradan qaldırıla bilər
# 28 avqust 2021 10:10 (UTC +04:00)

Qonaq komandaların azarkeşlərinin avrokubok oyunlarına buraxılması ilə bağlı qadağa aradan qaldırıla bilər.

Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.

Bildirilir ki, koronavirus pandemiyası ilə bağlı qoyulan qadağaya yenidən baxılır: “Azarkeşlərin UEFA klub turnirlərində səfər etməsini qadağan edən qərara yenidən baxılır. Yaxın günlərdə yeni qərar açıqlanacaq. Azarkeşlərə tövsiyə edirik ki, yeni qərar verilənədək heç bir səfər təşkil etməsinlər”.

Qeyd edək ki, Azərbaycan klublarından yalnız “Qarabağ” mübarizəni davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR