UEFA "Neftçi"nin qarşılaşa biləcəyi komandaları açıqlayıb

UEFA "Neftçi"nin qarşılaşa biləcəyi komandaları açıqlayıb
# 14 iyun 2021 21:34 (UTC +04:00)

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutacaq tədbir öncəsi Azərbaycan çempionu “Neftçi”nin potensial rəqibləri 4-ə enib.

Səpələnməmişlər sırasında yer alacaq flaqman I raundda “Lüdoqorets”  (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib olacaq.

Qeyd edək ki, püşatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İyunun 16-da isə “Neftçi”nin II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olacaq. I raundun ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR