UEFA “Qarabağ”a mərkəzdən vurulan qolla bağlı sorğu keçirir

UEFA “Qarabağ”a mərkəzdən vurulan qolla bağlı sorğu keçirir
# 03 dekabr 2021 09:59 (UTC +04:00)

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində “Omoniya” ilə Bakıdakı oyununda meydanın mərkəzindən buraxdığı qol növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, UEFA həmin görüşün son dəqiqələrində Xordi Qomesin vurduğu topla bağlı sorğu keçirir.

Qitə futbol qurumunun Konfrans Liqası instaqram səhifəsində V turun iki qolu səsverməyə çıxarılıb. Digəri isə Kiprin turnirdəki digər təmsilçisi “Anortosis”in “Gent”ə vurduğu qoldur. Lazaros Kristodolopulos 27-ci dəqiqədə meydanın mərkəzindən fərqlənərək, “Anortosis”ə 3 xal qazandırıb. Kiprlilərin bu iki qolu arasında ən yaxşısı azarkeşlər arasında aparılan səsvermədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “Omoniya” ilə qollu bərabərlik (2:2) son tur öncəsi “Qarabağ”ın qrupda ikinci pilləyə düşməsinə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR