Uels yığmasının baş məşqçisi: “Bu gün dünyanın ən xoşbəxt insanıyam”

Uels yığmasının baş məşqçisi: “Bu gün dünyanın ən xoşbəxt insanıyam”
# 16 iyun 2021 22:46 (UTC +04:00)

“4 xalın qrupdan çıxmaq üçün yetərli olub-olmayacağını bilmirik. Bu üzdən İtaliya ilə səfər matçında da xal qazanmağa çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Uels yığmasının baş məşqçisi Rob Peyc AVRO-2020-nin qrup mərhələsinin II turunda Türkiyə ilə keçirilən oyundan sonra deyib.

Bakı Olimpiya Stadionundakı qarşılaşmada 2:0 hesablı qələbə qazanan britaniyalılar xal ehtiyatını 4-ə yüksəldib.

Oyunsonrası mətbuat konfransında 47 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Bu gün dünyanın ən xoşbəxt insanıyam. Hər şey Uels üçün idi. Hamı Beyli, Remsini tərifləyir. Əlbəttə, onlar əla oyun keçirdilər. Amma digər 9 futbolçu da yüksək səviyyədə çıxış etdi. Biz kollektiv kimi davranmasaq, heç kim olarıq. Meydanda 11 nəfər eyni nöqtəyə vurur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR