“Uembli” stadionunda UEFA-nın tövsiyəsi fitə basılıb

“Uembli” stadionunda UEFA-nın tövsiyəsi fitə basılıb
# 18 iyun 2021 23:39 (UTC +04:00)

AVRO-2020-nin qrup mərhələsinin İngiltərə - Şotlandiya oyunundan əvvəl komandalar dəstək xarakterli ənənəni davam etdirib.

Apasport.az saytının məlumatına görə, start fitinə bir neçə saniyə qalmış futbolçular və hakimlər diz üstə çöküblər.

Bu, UEFA-nın tövsiyəsinə uyğun olaraq irqçiliyə etiraz əlamətidir. Lakin bu hərəkət “Uembli” stadionuna toplaşan azarkeşlərin xoşuna gəlməyib. Britaniyalı fanatlar futbolçuların bu addımını fitə basıblar. Uğultu səsinin eşidilməməsi üçün stadion nümayəndələri musiqi qoşublar.

Qeyd edək ki, İngiltərə və Şotlandiya D qrupunda yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR