“Yuventus” mövsümü 190,7 milyon avro zərərlə başa vurub

“Yuventus” mövsümü 190,7 milyon avro zərərlə başa vurub
# 08 sentyabr 2021 09:50 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu 2020/21 mövsümünün hesabatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi mövsümü 190,7 milyon avro zərərlə başa vurub.

Bu, 2019/20 mövsümü ilə müqayisədə təxminən iki dəfə çoxdur. “Yuventus” əksər Avropa klubları kimi koronavirus pandemiyasının əziyyətini çəkir. Klubun ziyana düşməsində Çempionlar Liqası ilə erkən vidalaşması da böyük rol oynayıb.

Qeyd edək ki, Turin klubu ümumilikdə ardıcıl 4-cü mövsümü zərərlə yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR