"Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb

"Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb
# 24 noyabr 2021 09:06 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi qrup mərhələsinin V turunda “Çelsi”yə 0:4 hesabı ilə uduzub.

“Ağ-qaralar” qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan yarışda Avstriya “Viner”i “Yuventus”u 7:0 hesabı ilə darmadağın edib.

Ümumilikdə isə turinlilər son 17 ildə ilk dəfə 4 top fərqi ilə məğlub olub. 2004-cü ilin fevralında “Roma” A seriyasının görüşündə 4:0 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR