Zinəddin Zidanın oğlu Fransa klubunda oynayacaq

Zinəddin Zidanın oğlu Fransa klubunda oynayacaq
# 10 iyun 2021 11:51 (UTC +04:00)

“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.

Ötən ilin oktyabrında “Almeriya”dan ayrıldıqdan bəri klubsuz qalan orta sahə oyunçusu Fransanın II liqa təmsilçisi “Rodeze” ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Real” akademiyasının yetirməsi olan Enzo Zidan “kral klubu”nun C və B komandalarında çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR