"Zirə" belçikalı hücumçu transfer edib

"Zirə" belçikalı hücumçu transfer edib
# 18 avqust 2021 17:23 (UTC +04:00)

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, belçikalı futbolçu Loris Broqno ilə 2 illik müqavilə bağlanılıb.

28 yaşlı hücumçunun son klubu "Birşot" olub. O, həmçinin, ölkəsinin "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderlandın "Sparta" klublarında çıxış edib.

Qeyd edək ki, “Zirə” bunadək Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Hacıağa Hacılı, Rauf Hüseynli, Anar Nəzirov, Velvis Damakena, Felipe Paxtman, Məhəmməd Hamdui və Gyorqi Stoilovu heyətinə qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR