AFFA Azərbaycan millisinə gətirmək üçün Abdullah Avcı ilə görüşüb

AFFA Azərbaycan millisinə gətirmək üçün Abdullah Avcı ilə görüşüb
# 11 fevral 2020 13:33 (UTC +04:00)

Türkiyəli mütəxəssis Abdullah Avcının Azərbaycan millisinə baş məşqçi təyin olunmaq ehtimalı artıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndələri “Beşiktaş”ın sabiq çalışdırıcısı ilə dünən bir araya gəlib.

AFFA rəsmiləri 57 yaşlı məşqçini yığmamızın “sükanı arxası”na gətirməkdə israrlı olduqlarını ona çatdırıblar. Lakin Avcı onların təklifinə konkret cavab verməyib. O, yaxın günlərdə qərarını açıqlayacağını deyib.

Qeyd edək ki, millimizə namizədlər arasında göstərilən Oleq Kononov və Luici di Byaco başqa komandalarla müqavilə bağlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR