AFFA Bernhard Lippertlə müqaviləni artırmayıb

AFFA Bernhard Lippertlə müqaviləni artırmayıb
# 14 iyul 2020 12:05 (UTC +04:00)

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqavilə müddəti başa çatıb.

Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.

Lippertlə vidalaşan qurum texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə edib.

Qeyd edək ki, 2008-ci ildən ölkəmizdə fəaliyyət göstərən Bernhard Lippert U-19 və U-21 yığmalarımıza da rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR