AFFA “Neftçi”, “Zirə” və “Sumqayıt”ı cəzalandırıb

AFFA “Neftçi”, “Zirə” və “Sumqayıt”ı cəzalandırıb
# 03 mart 2020 12:43 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, komitə Azərbaycan Premyer Liqasının XIX turunda baş verənlərlə bağlı qərarlar çıxarıb.

“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 800 manat cərimə olunub. “Zirə” – “Qəbələ” matçında 4 futbolçusuna xəbərdarlıq edilən paytaxt təmsilçisinin də cəzası eyni olub. “Sumqayıt” isə “Keşlə” ilə ev qarşılaşmasında 4 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR