AFFA yoldaşlıq görüşü üçün iki təklif alıb

AFFA yoldaşlıq görüşü üçün iki təklif alıb
# 02 mart 2020 12:23 (UTC +04:00)

“Uels millisi Bakıya gəldikdən sonra yoldaşlıq görüşü keçirmək istəyib-istəmədiyinə aydınlıq gətirməyib. Bu səbəbdən onlarla qarşılaşıb-qarşılaşmayacağımız bəlli deyil”.

Bunu apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Assosiasiya rəsmisi bildirib ki, yığmamızın iyunun əvvəlində - AVRO-2020-nin startı ərəfəsində yoxlama görüşü keçirməsi planlaşdırılır. O, bununla bağlı təkliflərinin olduğunu söyləyib: “İyunun əvvəli ilə bağlı iki təklifimiz var. Amma hələ qəbul etməmişik. Mart və may aylarında ümumilikdə 3 oyun keçirəcəyik. Dördüncü rəqiblə bağlı düşünürük. İlk növbədə UEFA Millətlər Liqasının püşkatmasını gözləyirik. Baş məşqçi təyin olunduqdan sonra bir qərar verəcəyik”.

Qeyd edək ki, millimiz martın 26-da Lixtenşteyn, 30-da Malta, mayın 26-da isə Türkiyə ilə səfərdə yoldaşlıq görüşü keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR