AVRO-2020-də komandaların sifariş edə biləcəyi futbolçuların sayı artırılıb

AVRO-2020-də komandaların sifariş edə biləcəyi futbolçuların sayı artırılıb
# 04 may 2021 13:20 (UTC +04:00)

AVRO-2020-də iştirak edəcək milli komandaların heyətindəki futbolçuların sayı artırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, qitə birinciliyinə qatılacaq 24 yığmanın hər biri turnir üçün 23 yox, 26 oyunçu sifariş edə biləcək.

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul tarixlərində Bakı da daxil olmaqla, Avropanın 11 şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR