Albaniyanın 5 futbolçusu koronavurus səbəbindən milliyə kömək edə bilməyəcək

Albaniyanın 5 futbolçusu koronavurus səbəbindən milliyə kömək edə bilməyəcək
# 06 oktyabr 2020 12:15 (UTC +04:00)

Albaniya yığmasının bir neçə futbolçusu Millətlər Liqasında Qazaxıstan və Litva ilə oyunlarda iştirak edə bilməyəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb həmin oyunçuların çıxış etdikləri ölkələrdə koronavirus pandemiyası ilə bağlı uçuş məhdudiyyətlərinin qoyulmasıdır.

Konkret olaraq Etrit Berişa (“Spal”, İtaliya), İlber Ramadani (“Vayle”, Danimarka), Florian Kamberi (“Sankt-Qallen”, İsveçrə), Lindon Selyahi (“Tvente”, Niderland) və Klaus Qyasulun (“Hamburq”, Almaniya) millinin düşərgəsinə qoşulması mümkün olmayıb.

Qeyd edək ki, Albaniya yığması oktyabrın 11-də Qazaxıstanın, 14-də isə Litvanın qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR