Aleksandr Jidkov: "Azərbaycan yığmasının qrupdan çıxmaq şansı var"

Aleksandr Jidkov: "Azərbaycan yığmasının qrupdan çıxmaq şansı var"
# 05 mart 2020 12:09 (UTC +04:00)

“Azərbaycan millisinin hansı qrupda mübarizə aparacağından xəbərdaram”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Aleksandr Jidkov deyib.

Sabiq qapıçı yığmamızın Millətlər Liqasındakı şanslarını dəyərləndirib. Jidkov yığmamızın C liqasının 1-ci qrupundakı rəqibləri Monteneqro, Lüksemburq və Kiprlə bərabər şanslara malik olduğunu düşünür: “Püşkatmanı UEFA keçirir. Yəni komandaların bölgüsünü onlar aparır. Azərbaycan yığmasının da digər komandalar kimi qrupdan çıxmaq şansı var. Hər şeyə oyunlar aydınlıq gətirəcək”.

Qeyd edək ki, Jidkov Azərbaycan millisində 21 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR