Almaniya kubokunun püşkü atılıb

Almaniya kubokunun püşkü atılıb
# 10 fevral 2020 00:04 (UTC +04:00)

Almaniya kubokunda 1/4 finalın püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, kubokun son qalibi “Bavariya” səfərdə “Şalke” ilə qarşılaşacaq.

Cütləri bir matçda üz-üzə gələcək mərhələdə “Bayer” “Union”la, “Ayntraxt” “Verder”lə, “Saarbrükken” “Fortuna” ilə görüşəcək. Oyunlar martın 3-4-də keçiriləcək.

Qeyd edək ki, “Bavariya” hamıdan çox – 19 dəfə Almaniya kubokunu qazanıb. “Verder”in 6, “Şalke” və “Ayntraxt”ın hərəyə 5 uğuru var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR