Almaniyada eyni anda dörd əvəzetmədən istifadə olunub

Almaniyada eyni anda dörd əvəzetmədən istifadə olunub
# 23 may 2020 22:05 (UTC +04:00)

Almaniya çempionatında ilk yaşanıb.

Apasport.az saytının məlumatına görə, 2-ci Bundesliqada çıxış edən “Sankt-Pauli” XXVII turun “Darmştadt”la görüşündə ölkə futbol tarixində ilki gerçəkləşdirib.

Matçda 0:4 hesabı ilə uduzan qonaqlar eyni anda dörd əvəzetmədən yararlanan ilk komanda olub. Bu, 61-ci dəqiqədə baş verib. Həmin an 0:1 hesabı ilə geridə olan “Sankt-Pauli” “topdan” dəyişikliklərdən sonra daha üç qol buraxıb.

Qeyd edək ki, FİFA 2020-ci ilin sonunadək koronavirus pandemiyası üzündən dayandırılıb, sonra bərpa olunan liqaların komandalarına 5 əvəzetmədən yararlanmaq hüququ verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR