Almaniyalı məşqçi özünü “Tottenhem”ə təklif edib

Almaniyalı məşqçi özünü “Tottenhem”ə təklif edib
# 01 may 2021 16:00 (UTC +04:00)

Bir müddət əvvəl Joze Mourinyonu istefaya göndərən “Tottenhem” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, almaniyalı Ralf Ranqnik London klubunda çalışmaq niyyətindədir.

63 yaşlı mütəxəssis bunun üçün hətta “Tottenhem” rəhbərliyi ilə əlaqə də saxlayıb. Lakin Premyer Liqa təmsilçisi növbəti mövsümdən daha gənc mütəxəssislə anlaşmaq fikrindədir. Bu səbəbdən Ranqnikin özünü təklif etməsi bir işə yaramayıb.

Qeyd edək ki, Ralf Ranqnik son olaraq 2018-19 mövsümündə “Leypsiq”i çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR