Anatoli Ponomaryov: “Atam “Sabah”a baş məşqçi kimi xeyir verərdi”

Anatoli Ponomaryov: “Atam “Sabah”a baş məşqçi kimi xeyir verərdi”
# 10 fevral 2020 15:13 (UTC +04:00)

“Atam "Sabah"da yaxşı işlər gördü. Qısa müddət ərzində çox xal topladı”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.

38 yaşlı keçmiş yarımmüdafiəçi atası İqor Ponomaryovun bir müddət əvvəl “Sabah”da müvəqqəti baş məşqçi vəzifəsindəki fəaliyyətini dəyərləndirib. O, atasının qısa müddət keçməsinə baxmayaraq, uğurlu olduğunu düşünür: “Atamın “Sabah”ı hazırlamaq üçün zamanı az olsa da, orada əla işlər gördü. Əgər atam baş məşqçi postunda qalsaydı və heyətini qurmaq imkanı olsaydı, taktikası, fikirlərilə komandaya xeyir verərdi. Əminəm ki, onu baş məşqçi kimi futbolçular da bəyənirdilər. Lakin anladığım qədərilə klub baş məşqçi məsələsində qərarını vermişdi və atamla danışıqda orada üç ay bu vəzifədə olacağına dair razılıq olmuşdu. Burada problem görmürəm. Çünki hər iki tərəf öncədən şərtlərini bildirmiş və razılaşmışdılar. Atam hazırda da həmin klubdadır və hamı ilə münasibəti yaxşıdır. Sadəcə onu deyə bilərəm ki, atam baş məşqçi kimi də komandaya xeyir verdi”.

Qeyd edək ki, Anatoli Ponomaryov 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR