Ansu Fati “El-Klasiko”nun tarixinə düşüb

Ansu Fati “El-Klasiko”nun tarixinə düşüb
# 24 oktyabr 2020 18:35 (UTC +04:00)

“Barselona”nın futbolçusu Ansu Fati “El-Klasiko”nun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya La Liqasının hazırda davam edən “Barselona” – “Real” matçında qol vuran futbolçu bu komandaların duellərində fərqlənən ən gənc oyunçudur.

O, 17 yaş 359 günlüyündə qol vurub. Fati Raula məxsus rekordu yeniləyib.

“Real”ın əfsanəsi 1995/96 mövsümündə “Barselona”ya qol vuranda 18 yaş 95 günlüyündə olub. Həmin matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, hazırda 1-ci hissəsi gedən oyunda hesab 1:1-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR